Azərbaycanın 2 cüdoçusu uduzdu, 1-i 1/8 finala yüksəldi

Hit: 307
Azərbaycanın 2 cüdoçusu uduzdu, 1-i 1/8 finala yüksəldi

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bir azərbaycanlı idmançı 1/8 finala yüksəlib, Azərbaycanın iki təmsilçisi isə elə bu mərhələdə mübarizəni dayandırıb.

Faktor.az xəbər verir ki, Kəramət Hüseynov dünya çempionatında 1/8 finala yüksəlib. 60 kq çəki dərəcəsində yer alan Hüseynov 1/16 finalda rusiyalı olimpiya və ikiqat Avropa çempionu Beslan Mudranovu 2 dəqiqə 32 saniyəyə ipponla məğlub edib. Onun növbəti rəqibi ispaniyalı Fransisko Qarriqos olacaq.

Bu çəkidəki digər azərbaycanlı cüdoçu Orxan Səfərov 1/8 finalda gürcüstanlı Amiran Papinaşviliyə uduzaraq, mübarizəni dayandırıb.

48 kq çəki dərəcəsində yer alan qadın cüdoçu Aişə Qurbanlı da 1/8 finalda argentinalı Paula Paretoya ipponla uduzaraq, çıxışını başa vurub.









Redaktorun seçimi