Millimiz yenə gerilədi - Yeni reytinq

Hit: 381
Millimiz yenə gerilədi - Yeni reytinq

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Faktor.az qurumun saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə millimiz 3 pillə geriləyib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda 1202 xalla 108-ci yerdədir.

Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Farer adaları 1261 xalla 92-ci (-2), Kosovo 1092 xalla 138-ci (3), Malta isə 928 xalla 183-cü (1) yerdədir.

Qeyd edək ki, siyahıya Fransa və Belçika hərəyə 1729 xalla başçılıq edir. Braziliya isə 3-cü (1663) yerdə qərarlaşıb.









Redaktorun seçimi