Portuqaliya mətbuatı yazdı: O, “Qarabağ”a qarşı oynamayacaq

Hit: 346
Portuqaliya mətbuatı yazdı: O, “Qarabağ”a qarşı oynamayacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Sportinq"in (Portuqaliya) ciddi itkilərlə üzləşdiyini xəbər vermişdik. Lissabon təmsilçisinin yarımmüdafiəçisi Luiş Nani və hücumçusu Bas Dostun zədə səbəbindən "Qarabağ"la oyunda meydana çıxmayacağı gözlənilirdi.

Faktor.az xəbər verir ki, Naninin durumu hələ tam məlum olmasa da, Bas Dostun "Qarabağ"la oyunda olmayacağı dəqiqləşib. Portuqaliya mətbuatının yaydığı xəbərə görə, hollandiyalı hücumçu komandasının son məşqində iştirak etməyib. Klubun həkimləri futbolçunu həftəsonu Portuqaliya çempionatının “Braqa” ilə səfər oyununa çatdırmağa çalışacaqlar.

"Sportinq" - "Qarabağ" matçı sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.









Redaktorun seçimi