Ardıcıl 14 mövsüm ÇL-də qol vuran ikinci futbolçu

Hit: 402
Ardıcıl 14 mövsüm ÇL-də qol vuran ikinci futbolçu

“Barselona”nın hücumçusu Lionel Messi Çempionlar Liqasının ilk turunda PSV ilə oyunda het-trik etməklə komandasının 4:0 hesablı qələbəsində böyük rol oynayıb.

Faktor.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvard ÇL-in tarixində 14 mövsüm turnirdə qol vuran sayca üçüncü futbolçudur. Ona qədər bu nəticəyə Rayan Giqqz (16) və Raul (15) imza atıblar.

Messi eləcə də ardıcıl 14-cü mövsüm bu yarışda qol sevinci yaşayan ikinci futbolçudur. O, Raulun nəticəsini təkrarlayıb.

“Barselona” isə sayca dördüncü komandadır ki, 2 dəfə ÇL-də mövsümün ilk qolunu vurub. Kataloniya klubuna qədər bu nəticəyə “Ayaks”, PSJ və “Spartak” imza atıblar.

 









Redaktorun seçimi