"Qalatasaray", "Atletiko" və "Liverpul" qələbə ilə başladı - YENİLƏNİB

Hit: 1167
"Qalatasaray", "Atletiko" və "Liverpul" qələbə ilə başladı - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib.

Faktor.az xəbər verir ki, ÇL-in 8 qrupunda qərarlaşan 32 komanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İstanbulda “Lokomotiv”i (Moskva) qəbul edib. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

UEFA Çempionlar Liqasının son finalçısı "Liverpul" PSJ ilə üz-üzə gəlib. Beş qolun vurulduğu oyunda İngiltərə təmsilçisi çətinliklə də olsa, qələbə qazanmağı bacarıb.

“İnter” - “Tottenhem” görüşü də günün maraqla gözlənilən oyunlarından biri idi. Milan təmsilçisi son dəqiqələrdə vurulan qollar sayəsində əzmkar qələbə qazanıb. "Barselona" doğma meydanda PSV-yə 4 cavabsız qolla qalib gəlib.

UEFA Çempionlar Liqası

1-ci tur

18 sentyabr

A qrupu

"Monako" (Fransa) - "Atletiko" (Madrid, İspaniya) 1:2 

Qollar: Qrandsir, 18 (1:0), Kosta, 31 (1:1) Ximenes, 45+1 (1:2)

"Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya) 0:1

Qol: Pulisiç, 85

B qrupu

"İnter" (İtaliya) - "Tottenhem" (İngiltərə) 2:1

Qollar: Eriksen, 53 (0:1), İkardi, 86 (1:1), Vecino, 90+2 (2:1)

"Barselona" (İspaniya) - PSV (Eyndhoven, Hollandiya) 4:0

Qollar: Messi, 32; 77; 87, Dembele, 75

C qrupu

"Srvena Zvezda" (Serbiya) - "Napoli" (İtaliya) 0:0 

"Liverpul" (İngiltərə) - PSJ (Fransa) 3:2

Qollar: Starric, 30 (1:0), Milner, 36-pen (2:0), Meunier, 40 (2:1), Mbappe, 83 (2:2), Firmino, 90+2 (3:2)

D qrupu

"Şalke" (Almaniya) - "Portu" (Portuqaliya) 1:1

Qollar: Embolo, 64 (1:0), Otavio, 75-pen (1:1)

"Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya) 3:0

Qollar: Rodrigez, 9, Derdiyok, 67, İnan, 90+4-pen









Redaktorun seçimi