Komanda sayına görə çempionat dayandırıldı

Hit: 377
Komanda sayına görə çempionat dayandırıldı

İtaliya futbolunda maraqlı hadisə yaşanıb.

Faktor.az
xarici KİV-ə istinadən xəbər verir ki, Milli Olimpiya Komitəsi komanda sayı az olduğu üçün B Seriyasının müvəqqəti olaraq dayandırılmasına qərar verib. 

Adətən hər il çempinatda 22 klub iştirak edir. Mövsümün əvvəlində "Bari", "Avellino" və "Çezena" müflis olduğundan B Seriyasında 19 komanda qalıb. Fürsətdən istifadə edən C Seriyası təmsilçiləri - "Pro Verçelli", "Kataniya", "Syena", "Novara" və "Ternana" sözügedən klubları əvəzləmək üçün məhkəməyə müraciət edib. Məsələyə sentyabrın 21-də, xüsusi komissiyanın iclası zamanı aydınlıq gələcək.

Qeyd edək ki, B Seriyasında artıq 3 tur keçirilib.









Redaktorun seçimi