“Beşiktaş”dan Dubay klubuna - FOTO

Hit: 337
“Beşiktaş”dan Dubay klubuna - FOTO

“Beştiktaş”dan ayrılan Alvaro Neqredonun yeni klubu rəsmiləşib.

Faktor.az
xəbər verir ki, ispaniyalı hücumçu Birləşmiş Ərəb Əmirliklərinin “Al Nasr” klubuna keçib.

Dubay təmsilçisinin rəsmi saytı 33 yaşlı forvardla 2 illik müqavilə imzalandığını açıqlayıb. Neqredonun ilinə 7 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü ötən mövsüm “Beşiktaş”da 31 oyuna 7 qol vurub.









Redaktorun seçimi