“Qalatasaray”dan daha bir transfer - RƏSMİ

Hit: 338
“Qalatasaray”dan daha bir transfer - RƏSMİ

Türkiyə çempionu "Qalatasaray" növbəti transferini rəsmiləşdirib.

Faktor.az xəbər verir ki, Super Liqa nəhəngi digər elita təmsilçisi "Alanyaspor"da çıxış edən Əmrə Akbabanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul klubu yeni transferi ilə 3 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi yeni komandasında 20 nömrəli formanı geyinəcək.

Akbaba "Qalatasaray"da ilinə 1 milyon 750 min avro qazanacaq. "Alanyaspor"a isə 4 milyon avro təzminat ödəniləcək.

Ötən ildən Türkiyə yığmasına da dəvət almağa başlayan Akbaba, 2013-cü ildən "Alanyaspor"da çıxış edirdi. O, daha öncə "Kahramanmaraş" və "Antalyaspor" klublarında da forma geyinib.









Redaktorun seçimi