"Qarabağ" qalib gəldi, "Keşlə" "Zirə" ilə heç-heçə etdi - YENİLƏNİB

Hit: 511
"Qarabağ" qalib gəldi, "Keşlə" "Zirə" ilə heç-heçə etdi - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqada ikinci tura start verilib.

Faktor.az xəbər verir ki, turun açılış matçında "Səbail" son çempion "Qarabağ"ı qəbul edib. Birinci turda  "Zirə" ilə görüşü təxirə salınan Ağdam klubu bu mövsüm Premyer Liqada ilk oyununu keçirib və 2:0 hesabı ilə qalib.

Ölkə kubokunun sonuncu qalibi "Keşlə" səfərdə isə "Zirə" üz-üzə gəlib və 2:2 hesabı ilə bərabərə qalıb. 

Qeyd edək ki, turun digər iki qarşılaşması avqustun 19-u keçiriləcək.

Topaz Premyer Liqası

18 avqust (şənbə)

II tur

"Zirə” – "Keşlə” - 2:2 

Qollar: Mirsahib Abbasov, 2 (1:0), Pərdis Fərcad-Azad (2:0), Slavik Alxasov, 53 (2:1), Klennon,90+1 (2:2)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Rauf Cabbarov

"AZAL Arena”

"Səbail” – "Qarabağ” - 0:2 

Qollar: Mahir Mədətov, 27, 86

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Rəvan Həmzəzadə

"Bayıl Arena”









Redaktorun seçimi