Ramil sabah Rusiya çempionatında debüt edə bilər

Hit: 400
Ramil sabah Rusiya çempionatında debüt edə bilər

Dünən “Krılya Sovetov”la müqavilə bağlayan Ramil Şeydayevin adı artıq klubun sifariş ərizəsinə salınıb.

Faktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, milli komandamızın üzvü sabah Premyer Liqada debüt edə bilər. Rusiyalı həmkarlarımız 22 yaşlı forvardın 4-cü turda Moskva “Lokomotiv”i ilə görüşdə meydana çıxa biləcəyini yazıblar.

Qeyd edək ki, Şeydayev “Krılya Sovetov”la 1 illik müqavilə bağlayıb.









Redaktorun seçimi