Ulduz futbolçular milliyə çağırılmadı

Hit: 385
Ulduz futbolçular milliyə çağırılmadı

Argentina millisinin sentyabr ayında Qvatemala və Kolumbiya ilə keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Faktor.az Argentina Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın müvəqqəti baş məşqçisi Lionel Skaloni 29 futbolçuya dəvət göndərib. Maraqlıdır ki, onların arasında komandanın aparıcı üzvləri – Lionel Messi, Serio Aquero, Qonzalo İquain, Anhel Di Mariya, Nikolas Otamendi və Evr Baneqanın adları yoxdur. Əvəzində “İnter”in hücumçusu Mauro İkardi yenidən yığmaya çağırılıb.

Argentina mətbuatının iddiasına görə, Messi milli karyerasına fasilə verdiyi üçün ona dəvət göndərilməməsini xahiş edib. Digər futbolçuların çağırılmamasının səbəbi isə açıqlanmayıb.

Qapıçılar: Serxio Romero (“Mançester Yunayted”), Heronimo Ruli (“Real Sosyedad”), Franko Armani (“River Pleyt”)

Müdafiəçilər: Qabriel Merkado (“Sevilya”), Markos Akunya (“Sportinq”), Funes Mori (“Vilyarreal”),  Herman Patselya (“Fiorentina”), Eduardo Salvio (“Benfika”), Nikolas Talyafiko (“Ayaks”), Valter Kennemann (“Qremio”), Alan Franko (“İndependyente”), Leonel Di Plasido (“Lanus”), Fabrisio Bustos (“İndependyente)

Yarımmüdafiəçilər: Maksimilyano Mesa (“İndependyente”), Matias Varqas (“Veles”), Franko Servi (“Benfika”), Franko Vaskes (“Sevilya”),Covanni Lo Çelso (PSJ), Leandro Paredes (“Zenit”), Santyaqo Askasibar (“Ştutqart”), Rodriqo Battalya (“Sportinq”), Esekiyel Palasios (“River Pleyt”), Qonsalo Martines (“River Pleyt”)

Hücumçular: Kristian Pavon (“Boka Xuniors”), Ahxel Korrea (“Atletiko”, Madrid), Lautaro Martines (“İnter”), Mauro İkardi (“İnter),Covanni Simeone (“Fiorentina”), Paulo Dibala (“Yuventus”)
Qeyd edək ki, Argentina millisi sentyabrın 7-də Los-Anceles şəhərində Qvatemala ilə, həmin ayın 11-də isə Nyu-Yorkda Kolumbiya ilə qarşılaşacaq.









Redaktorun seçimi