Karate üzrə "Baku Open" turniri keçiriləcək

Hit: 362
Karate üzrə "Baku Open" turniri keçiriləcək

Sentyabrın 28-də ənənəvi "Baku Open" turniri start götürəcək.

Faktor.az Azərbaycan Milli Karate Federasiyasının saytına istinadən xəbər verir ki, 9-cu dəfə təşkil edilən turnir keçmiş SSRİ-də karatenin 40 illik yubileyinə həsr olunur.

Üç gün davam edəcək turnirə keçmiş SSRİ-nin müxtəlif respublikalarından tanınmış veteran karate ustaları dəvət olunub.

Bakı İdman Sarayında keçiriləcək yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar mübarizə aparacaq.









Redaktorun seçimi