BATE "Qarabağ"ı unuda bilmir - FOTO

Hit: 401
BATE "Qarabağ"ı unuda bilmir - FOTO

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran BATE pley-offda Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

Faktor.az xəbər verir ki, Borisov təmsilçisi avqustun 21-də keçiriləcək görüşün afişasını sosial şəbəkə hesabında paylaşıb. Maraqlıdır ki, fotoda PSV-nin loqosu qoyulsa da, qeyddə pley-offdakı rəqib "Qarabağ" göstərilib.

Qeyd edək ki, BATE "Qarabağ"ı Bakıda 1:0 hesabıyla məğlub etmişdi, evində isə heç-heçə etmişdi (1:1).

 









Redaktorun seçimi