Erməni idmançısının arzusunu ürəyində qoyan Ələkbər

Hit: 213
Erməni idmançısının arzusunu ürəyində qoyan Ələkbər

... 17 dəfə 1-ci yerin, 3 dəfə 2-ci yerin, 4 dəfə isə 3-cü yerin sahibi olub

Ağayev Ələkbər Aqil oğlu 2007-ci il sentyabrın 7-də Bakı şəhərində anadan olub. 15.09.2013-cü ildə Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. Hal-hazırda həmin məktəbin 6 - cı sinfində oxuyur. 2013-cü ilin sentyabrın 18-dən məşqçi Ehtiram Rzayevin qrupunda idmana yazılıb. Artıq 5 ildir ki, MMA (Mixed martial arts) - Qarışıq döyüş sənəti ilə məşğul olur. Qədim Yunanıstanda yaranan bu idman növü üzrə 2 qat Dünya Cempionu və 1 dəfə Respublika çempionu olan Ələkbər, 5 il müddətində müxtəlif yarışlarda iştirak edərək 17 dəfə 1-ci yerin, 3 dəfə 2-ci yerin, 4 dəfə isə 3-cü yerin sahibi olub.

Axırıncı möhtəşəm qələbəsini isə 1 avqust 2018 – ci ildə, Gürcüstanda keçirilən yarışda qazanıb. 30 kq çəkidə mübarizə aparan Ələkbərin bu yarışdakı rəqibi ermənistanlı idmançı olub. O rəqibini 4:1 xal hesabı ilə məğlub edərək, 17-ci dəfə 1-ci yeri qazanaraq növbəti kuboka sahib olub...

P.S. Bizdə 12 yaşlı idmançımızı növbəti qələbəsi münasibətilə təbrik edir, bundan sonrakı yarışlarda da möhtəşəm qələbələr arzulayırıq.

Sərvər Kamranlı
AYB, DGTYB İdarə heyətinin üzvü,
Prezident təqaüdçüsü









Redaktorun seçimi