Qurbanov Həcc ziyarətinə getdi

Hit: 355
Qurbanov Həcc ziyarətinə getdi

Azərbaycanlı zəvvarların Həcc ziyarəti başlayıb. Hər il olduğu kimi, bu dəfə də Həcc ziyarətinə gedənlər arasında idman adamları var.

Faktor.az xəbər verir ki, Komanda.az-ın əldə etdiyi məlumata görə Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşı Musa Qurbanov da Həcc ziyarətinə gedib.

Futbolçu kimi “Neftçi”, “Kəpəz”, “Turan”, “Daşqın” kimi komandalarda forma geyinmiş Musa Qurbanov, son olaraq Zaqatalanı 1-ci divizionda təsmil edən eyniadlı klubda prezident vəzifəsində çalışıb.

 








Redaktorun seçimi