Millimizin üzvü Rusiya Premyer Liqası klubuna keçir

Hit: 379
Millimizin üzvü Rusiya Premyer Liqası klubuna keçir

Millimizin futbolçusu Ramil Şeydayevin "Krılya Sovetov"a keçidi gerçəkləşmək üzrədir.

Faktor.az klubun rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, Rusiya Premyer Liqa təmsilçisi 22 yaşlı hücumçu ilə müqavilə imzalamağı planlaşdırdığını açıqlayıb.

Hazırda klubun düşərgəsində olan Ramil əsas komanda ilə birlikdə gənclər komandasına qarşı yoxlama görüşündə də iştirak edib. O, 3:1 hesabı ilə qalib gəldikləri matçda qollardan birinin müəllifi olub.

Qeyd edək ki, R.Şeydayev bu ay "Trabzonspor"dan ayrılıb. O, ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.

Xatırladaq ki, "Krılya Sovetov"  Rusiya Premyer Liqasında 4 xalla 9-cu pillədə qərarlaşıb.









Redaktorun seçimi