Kollina istefasından və VAR-dan danışdı

Hit: 284
Kollina istefasından və VAR-dan danışdı

UEFA Hakimlər Komitəsinin sabiq sədri Pyerluici Kollina vəzifəsindən getməsi və son vaxtların müzakirə mövzusu olan VAR sistemi haqqında danışıb.

Faktor.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Kollina dəyişiklik lazım olduğu üçün vəzifəsindən ayrılmaq qərarına gəldiyini bildirib:

"UEFA-dakı vəzifəmdən ayrıldım, çünki dəyişiklik lazım idi. Sadə görünə bilər, amma qərarımın səbəbi budur. Kimsə mənə istefa verməli olduğumu demədi. Hətta qərarımdan sonra UEFA rəsmiləri vəzifəmdə qalmağımı xahiş etdilər, amma mən istəmədim”.

VAR sistemi ilə bağlı da danışan italiyalı keçmiş referi, bu sistemin müasir futbola çox böyük faydasının olduğunu deyib:

"Futbolun VAR-dan sonra maraqsız olduğu fikirləri ilə razı deyiləm. Vəziyyəti heç kim anlamır. Artıq texnologiya dövrüdür. Hər yerdə inkişaf var. Futbolda da müəyyən yeniliklər lazım idi. VAR-la birlikdə səhvləri xeyli azaltmışıq. Qol texnologiyası da əvvələr çox sınaqdan keçirilmişdi. VAR sistemi hələ ki, istənilən səviyyədə deyil”.

Kollina Çempionlar Liqasında VAR sisteminin olmamasını böyük səhv adlandırıb:

"UEFA Çempionlar Liqasında VAR-dan istifadə edilməməklə kobud səhvə yol verildi. Bu, yanlış qərardır".

Kollina 2010-cu ildən UEFA Hakimlər Komitəsinin sədri vəzifəsində çalışırdı.

 








Redaktorun seçimi