Ronaldonun transferinə görə İtaliyada üsyan başladı

Hit: 416
Ronaldonun transferinə görə İtaliyada üsyan başladı
İtaliyanın məşhur avtomobil şirkətinin işçiləri yenidən tətilə başlayıb.
 
Faktor.az xəbər verir ki, buna səbəb Kriştiana Ronaldonun "Yuventus"a transferi olub.
 
"Yuventus"un prezidenti Andrea Agnellinin sahibi olduğu "Exor Holding" "FCA (avtomobil şirkəti "Fiat Chrysler Automobiles") və CNHI (yük maşınları və traktor şirkəti "CNH Industrial") şirkətlərini idarə edir. Ronaldonun transferindən sonra işçilər "İşçilərdən illərdir çox böyük iqtisadi fədakarlılar etməkləri istənilərkən, bir yandan bir futbolçunun alınması üçün yüzmilyonlarla avro xərcləmək qərarı verilməsi qəbul edilməzdir" deyərək tətilə başlamışdı.
 
İşçilər bir aylıq müddətdə tətəlbəlri yerinə yetirilmədiyindən yenidən tətil qərarı verib. Andrea Agnellinin işçilərinin bu addımına hansı reaksiyanı verəcəyi bilinmir.
 
Qeyd edək ki, "Yuventus" Ronaldonu 112 milyon avroya transfer edib. Futbolçu 4 illik müqavilə imzalayıb və ildə 30 milyon avro maaş alacaq.
 








Redaktorun seçimi