Valbuena “Fənərbaxça”dan ayrılır? - RƏSMİ AÇIQLAMA

Hit: 382
Valbuena “Fənərbaxça”dan ayrılır? - RƏSMİ AÇIQLAMA

“Fənərbaxça”dan ayrılacağı deyilən Matye Valbuenanın meneceri açıqlama verib.

Faktor.az xəbər verir ki, Fransa mətbuatı Valbuenanın “Genqam”a transfer olunacağını iddia etmişdi. Fransız futbolçunun meneceri Jan Pyer Bernes isə 33 yaşlı yarımmüdafiəçinin Türkiyə klubundan ayrılmayacağını açıqlayıb:

“Valbuena “Genqam”la razılaşmadı və “Fənərbaxça”da oynamağa davam edəcək”.

İstanbul təmsilçisi ilə müqavilə müddəti 2019-cu ildə başa çatacaq futbolçu, ötən mövsüm “Fənərbaxça” forması ilə 8 qol, 16 məhsuldar ötürməyə imza atıb.

 








Redaktorun seçimi