Azərbaycanın mövqeyi dəyişdi - UEFA reytinqi

Hit: 340
Azərbaycanın mövqeyi dəyişdi - UEFA reytinqi

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçirilən cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Faktor.az xəbər verir ki, bir təmsilçisi meydana çıxan Azərbaycanın mövqeyi dəyişib. "Qarabağ"ın səfərdə BATE ilə heç-heçə (1:1) etməsi ölkəmizin hesabına 0.125 xal gətirib. Azərbaycan 18.250 xalla 1 pillə irəliləyərək İsraili qabaqlayıb və 24-cü pilləyə yüksəlib.

Qeyd edək ki, İsrailin 18.125 xalı var.

 









Redaktorun seçimi