UEFA “Fənərbaxça”ya “olmaz!” dedi

Hit: 511
UEFA “Fənərbaxça”ya “olmaz!” dedi

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün “Benfika” ilə qarşılaşacaq “Fənərbaxça” UEFA-ya müraciət edib.

Faktor.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu UEFA-ya göndərdiyi iştirak ərizəsində adı olmayan yeni transfer - İslam Slimanini “Benfika” ilə qarşılaşmada oynatmaq üçün Avropanın ali futbol qurumuna məktub göndərib. Qaydalara görə, klubların sadəcə, ilk oyundan 24 saat əvvələ qədər iştirak ərizəsinə oyunçu əlavə etmək haqları olduğu üçün UEFA “Fənərbaxça”nın istəyini qəbul etməyib.

Portuqaliyada keçirilən ilk oyunda “Fənər” 0:1 hesabı ilə məğlub olub.









Redaktorun seçimi