Yığmamız "Qarabağ"ın oyununda

Hit: 317
Yığmamız "Qarabağ"ın oyununda

Belarusda təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması "Qarabağ"a dəstək olacaq.

Faktor.az AFFA- nın saytına istinadən xəbər verir ki, yığmamız bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Borisov Arenada keçiriləcək BATE – “Qarabağ” oyununda təmsilçimizi dəstəkləmək üçün stadiona gedəcək.

Qeyd edək ki, sözügedən görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.









Redaktorun seçimi