"Qarabağ" ÇL-də mübarizəni dayandırdı - YENİLƏNİB

Hit: 1109
"Qarabağ" ÇL-də mübarizəni dayandırdı - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında  3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Faktor.az
xəbər verir ki, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olub.

Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalı idi. Lakin görüş 1:1 hesabı ilə yekunlaşıb və "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. 

Qeyd edək ki, təmsilçimiz yolunu Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. "Atlılar" burada "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu
 
14 avqust
 
BATE (Belarus) - "Qarabağ" (Azərbaycan) - 1:1
 
Qol: Mirka İvaniç, 19; - Miçel, 54;
 
Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (hamısı Latviya)
 
Hakim-inspektor: Françesko Byanki (İsveçrə)
 
UEFA nümayəndəsi: Giorgos Fantaros (Cənubi Kipr)
 
Borisov. "Borisov Arena"








Redaktorun seçimi