“Fənərbaxça”dan danışdı, “çox güldüm” dedi

Hit: 325
“Fənərbaxça”dan danışdı, “çox güldüm” dedi

“Liverpul”un və Hollandiya millisinin futbolçusu Corcino Veynaldum “Fənərbaxça”ya transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Faktor.az xəbər verir ki, “qırmızılar”ın 27 yaşlı yarımmüdafiəçisi İngiltərə mətbuatına açıqlamasında bunları deyib:

“Fənərbaxça”ya gedəcəyimə dair yayılan xəbərlər yalandır. Düzü, bu xəbərlərə çox güldüm. Bəlkə də, daha əvvəl iki il “Fənrbaxça”nın baş məşqçisi Filip Koku ilə birlikdə çalışdığım üçün belə iddialar yayılır. Bu xəbərləri kim çıxarır, bilmirəm, amma o şəxs mən deyiləm”.

Veynaldum “Liverpul”a 2016-cı ildə “Nyukasl”dan transfer olunub.

 








Redaktorun seçimi