PSJ-dən 37 milyon avroluq yeni transfer

Hit: 309
PSJ-dən 37 milyon avroluq yeni transfer

PSJ yeni futbolçu transfer edib.

Faktor.az xəbər verir ki, Liqa 1 nəhəngi Almaniyanın "Şalke” klubunun gənc müdafiəçisi Tilo Kereri heyətinə qatıb.

Paris klubu hələlik bu transferi rəsmən açıqlamasa da, "Şalke” rəsmi saytı vasitəsilə almaniyalı futbolçunun sözügedən komandaya keçdiyini xəbər verib.

Almaniya mətbuatının iddiasına görə, PSJ 21 yaşlı mərkəz müdafiəçisinin transferi üçün 37 milyon avrosundan keçib.

Almaniyanın gənclərdən ibarət yığma komandasının üzvü geridə qalan mövsümdə "Şalke”nin heyətində 33 oyuna çıxıb, 3 qola imza atıb.









Redaktorun seçimi