"Liverpul"da ciddi itki - 3 həftə oynamayacaq

Hit: 366
"Liverpul"da ciddi itki - 3 həftə oynamayacaq

Milli komandadan zədəli qayıdan "Liverpul"un müdafiəçisi Deyan Lovrenin durumuna aydınlıq gəlib.

Faktor.az Britaniya mətbuatına istinadən xəbər verir ki, çanaq sümüyündə zədə aşkarlanan xorvatiyalı futbolçunun təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Həkimlər 29 yaşlı oyunçunun zədəsini dünya çempionatındakı ağır oyunlarla əlaqələndiriblər.

Qeyd edək ki, Lovren ötən mövsüm də eyni zədədən əziyyət çəkib.









Redaktorun seçimi