“Qarabağ”a BATE ilə matçda dəstək verən olacaqmı?

Hit: 457
“Qarabağ”a BATE ilə matçda dəstək verən olacaqmı?

“Qarabağ” sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində BATE-nin qonağı olacaq.

Faktor.az xəbər verir ki, “köhlən atlar”ın Belarus təmsilçisi ilə oyunundan əvvəl Dani Kintanadan başqa itkisi yoxdur. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib:

“Heyətimizdə zədəli olan Kintanadan başqa itki yoxdur. Bildiyiniz kimi, Kintana da yaxın günlərdə əməliyyat olunacaq”. (Azərbaycan radiosu)

Klub rəsmisi Belarusdakı oyunu stadiondan azərbaycanlı azarkeşlərin də izləyəcəyini bildirib:

“Qarabağ”ın oyununa Belarusda maraq çoxdur. Burda yaşayan həmyerlilərimiz var. Sabahkı oyunda 50-100 arası azərbaycanlı azarkeşin stadionda olacağı gözlənilir”.

Qeyd edək ki, BATE - "Qarabağ" matçı avqustun 14-də keçiriləcək və saat 21:00-da start götürəcək. Bakıdakı ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə uduzub.









Redaktorun seçimi