“Srvena Zvezda” “Qarabağ”ı arzulayır

Hit: 224
“Srvena Zvezda” “Qarabağ”ı arzulayır

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Faktor.az Serbiya mətbuatına istinadən xəbər verir ki, yerli KİV “Srvena Zvezda”nın potensial rəqiblərini dəyərləndirib.

“Suduva” səddini keçəcəyi təqdirdə səpələnməmişlərin sırasında yer alacaq “Srvena Zvezda”nın üz-üzə gəlmə ehtimalı olan komandalardan biri də “Qarabağ”dı. Serblər də onlar üçün ən ideal variantlar arasında Azərbaycan çempionunu görürlər: “Srvena Svezda” növbəti mərhələdə “Legiya”, “Astana” və ya “Qarabağ”la düşsə, daha yaxşı olar. “Zalsburq” variantından isə qaçmaq lazımdı”.

Qeyd edək ki, ÇL-in püşkatma mərasimi Bakı vaxtı ilə 14:00-da başlayacaq.









Redaktorun seçimi