Araz Abdullayev “Qarabağ”la müqavilə bağlayacaq?

Hit: 242
Araz Abdullayev “Qarabağ”la müqavilə bağlayacaq?

Xəbər verdiyimiz kimi Yunanıstan klubu “Panionios”a keçidi baş tutmayan “Qəbələ”nin sabiq yarımmüdafiəçisi Araz Abdullayev “Qarabağ”ın düşərgəsindədi.

Belə ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

O bildirib ki, Abdullayev komanda ilə birlikdə məşqlərdə iştirak etməsinə baxmayaraq, onun ağdamlılarla müqavilə məsələsi aktual deyil. Sadəcə, baş məşqçi Qurban Qurbanov hazırda klubsuz olan milli üzvünə formadan düşməmək üçün məşqlərdə iştirak etmək icazəsi verib.

Qurbanov eyni zamanda yığmanın baş məşqçisi olduğundan, aparıcı futbolçunun fiziki durumunu qaydasında saxlamaq üçün bu addımı atıb. Abdullayev hazırda azad agent statusu daşıdığından, istənilən kluba havayı keçə bilər.

Qeyd edək ki, Araz Abdullayev ötən mövsümü icarə əsasında “Anortosis”də keçirib.









Redaktorun seçimi