Təmsilçilərimizin 5-ci, “Qarabağ”ın 3-cü sınağı

Hit: 224
Təmsilçilərimizin 5-ci, “Qarabağ”ın 3-cü sınağı

“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu iyulun 25-də keçirəcək.

Faktor.az xəbər verir ki, Azərbaycan çempionu II təsnifat mərhələsində Albaniya “Kukesi”sinin qonağı olacaq.

İndiyədək klublarımız bu tarixdə 4 matça çıxıb. Bu matçların üçü evdə, biri səfərdə baş tutub. Albaniyadakı görüş iyulun 25-dəki ikinci səfərdi.

Oyunun keçiriləcəyi günü təmsilçilərimiz üçün uğurlu hesab etmək olmaz. Düzdü, 5 il öncə “İnter” (indiki “Keşlə”) öz meydanında “Tromse”ni məğlub edib. Lakin 1:0 hesablı qələbə mərhələ keçmək üçün yetərli olmamışdı.

Eyni gündə rəqibini evdə qəbul edən digər komandamız – “Xəzər Lənkəran” isə tarixinin ən acınacaqlı məğlubiyyətini alıb. Cənublular Hayfa “Makkabi”sindən 8 cavabsız qol buraxıb.

2013-cü il iyulun 25-də yalnız “Qarabağ” azarkeşlərini sevindirməyi bacarıb. Təmsilçimiz Polşa “Pyast”ı ilə 2:2 hesablı heç-heçə etsə də, mərhələ keçmək üçün yetərli olan bərabərlik qolunu əlavə vaxtda vurub.

Ağdam klubu ötən il də həmin tarixdə meydana çıxıb. Bu dəfə rəqib Moldova “Şerif”i olub. Qurban Qurbanovun yetirmələri ev matçında qolsuz sülhə imza atıb. Təmsilçilərimizin 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə diqqət çəkdiyi gündə hər iki bərabərlik “Qarabağ”ın hesabındadı.









Redaktorun seçimi