İnyesta yeni klubunda debüt etdi

Hit: 231
İnyesta yeni klubunda debüt etdi

Yay fasiləsində “Barselona”dan Yaponiyanın “Vissel Kobe” klubuna keçən Andre İnyesta yeni komandasında debüt edib.

Faktor.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Yaponiya liqasının 17-ci turunda “Şonan Bellmare” ilə keçirilən oyunun 59-cu dəqiqəsində meydana daxil olub.

Komandası 0:3 hesabı ilə uduzan İnyesta heç nə ilə yadda qalmayıb.

Hazırda "Vissel Kobe" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.









Redaktorun seçimi