“Barselona” və “Bavariya”ya “yox” deyib, “Liverpul”u seçib

Hit: 290
“Barselona” və “Bavariya”ya “yox” deyib, “Liverpul”u seçib

İngiltərənin “Liverpul” klubunun yeni transferi Nabi Keyta kluba keçidi ilə bağlı açıqlama verib.

Faktor.az xəbər verir ki, 23 yaşlı futbolçu “Barselona” və “Bavariya”dan təklif gəldiyini, lakin “Liverpul”u seçdiyini bildirib. Keyta İngiltərə mətbuatına açıqlamasında bunları deyib:

“Başqa klublar da mənimlə maraqlanırdı. Bunların arasında “Barselona” və “Bavariya” kimi nəhəng klublar var idi. Amma mənim seçimim “Liverpul” oldu. Bu qərarımda baş məşqçi Yurgen Kloppun böyük rolu olub. O, mənimlə çox danışdı və gələcək planlarından söhbət etdi.

Keçmiş komanda yoldaşım Sadio Mane də burdadır. Onunla “Leyptsiq”də 9 ay birgə oynamışıq. Mane mənə qardaş kimidir. Onunla da çox söhbətlərimiz olub.

Yarımmüdafiəçi olaraq əsas işim meydana nəzarət edib, hücumçular üçün fürsətlər yaratmaqdır. Fürsət düşdüyü zaman özüm də qol epizodlarından yararlanmaq istəyərəm. Lakin mən hər zaman əvvəlcə komandamı və komanda yoldaşlarımı düşünürəm”.

Keyta “Liverpul”a Almaniyanın “Leyptsiq” klubundan transfer edilib.









Redaktorun seçimi