Məşhur döyüşçü Azərbaycana gəlir - FOTO

Hit: 239
Məşhur döyüşçü Azərbaycana gəlir - FOTO

UFC-nin əfsanəvi braziliyalı döyüşçüsü, adı UFC-nin fəxri zalına daxil edilmiş, ciu-citsu master Roys Qreysi Azərbaycana səfərə gəlir.

Faktor.az xəbər verir ki, qonaq "Qodzilla" qrupun təşkilatçılığı ilə ölkəmizdə 4 günlük səfərdə olacaq. İyulun 22-də isə Qreysi Taekvondo Federasiyasının zalında seminar keçəcək. Seminar saat 15:00-da başlayacaq.

Qeyd edək ki, məşhur idmançı bazar günü saat 12-30-da jurnalistlər üçün mətbuat konfransı keçirəcək. Tədbir Fairmont Hoteldə baş tutacaq.









Redaktorun seçimi