Millimizin hücumçusu bu dəfə komandasını xilas edə bilmədi

Hit: 190
Millimizin hücumçusu bu dəfə komandasını xilas edə bilmədi

Yay hazırlıqlarını davam etdirən bəzi komandalar yoldaşlıq oyunlarında güclərini sınayırlar.

Faktor.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” da növbəti sınaq oyununu keçirib.

“Qaradənizlilər” “Spartak”la üz-üzə gəlib. Görüş moskvalıların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 73-cü dəqiqədə Rodalleqanın yerinə oyuna girib.









Redaktorun seçimi