“Neftçi”də ağır itki - 6 ay oynamayacaq!

Hit: 279
“Neftçi”də ağır itki - 6 ay oynamayacaq!

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş “Uypeşt” - “Neftçi” matçının (0:4) ilk hissəsində zədələnən Ruslan Abışovun durumuna aydınlıq gəlib.

Faktor.az xəbər verir ki, Azərbaycan millisinin də formasını geyinən “Neftçi”nin kapitanı uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. 

Abışov bu gün tibbi müayinədən keçib və onun diz bağlarında qopma olduğu üzə çıxıb. Yaxın günlərdə əməliyyat olunacaq müdafiəçi azı 6 ay məşq edə bilməyəcək. Bu barədə futbolçunun qardaşı Sərxan İbrahimoğlu da sosial şəbəkədə məlumat verib.

"Neftçi" iki oyunun nəticəsinə görə "Uypeşt"ə uduzaraq, Avropa Liqasında mübarizəni dayandırıb.









Redaktorun seçimi