Sabiq "Qalatasaray"lı "Akhisar"da

Hit: 558
Sabiq "Qalatasaray"lı "Akhisar"da

Türkiyə kubokunun son qalibi "Akhisarspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Faktor.az xəbər verir ki, Super Liqa təmsilçisi portuqaliyalı Jozueni transfer edib.

Türkiyəni Avropa Liqasında təmsil edəcək bu klub yarımmüdafiəçi ilə neçə illik müqavilə imzalandığını açıqlamayıb.

Karyerasına "Porto"da başlayan 27 yaşlı oyunçu 2014/15 mövsümündə "Bursaspor"a transfer olunub. Jozue 2015/16 mövsümünün qış fasiləsində ölkəsinin "Braqa" klubuna icarəyə yollansa da, növbəti mövsüm "Qalatasaray"la müqavilə imzalayıb. Bu komandada 25 oyuna 2 qol vuran portuqaliyalı ötən mövsümü də "Osmanlispor"da keçirib.









Redaktorun seçimi