Millimizin oyunçusundan “Astana”da uğurlu debüt

Hit: 470
Millimizin oyunçusundan “Astana”da uğurlu debüt

Qazaxıstanın “Astana” klubu UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsini uğurla adlayıb.

Faktor.az xəbər verir ki, “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun baş məşqçisi olduğu, Azərbaycan yığmasının yarımmüdafiəçisi, “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu bu klub Çernoqoriya təmsilçisi “Sutyeska” ilə cavab görüşündən də qalib ayrılıb. Doğma meydanda 1:0 hesabıyla qalib gələn astanalılar səfərdə daha inamlı qələbəyə seviniblər – 2:0. Nəticədə, bu komanda adını 2-ci təsnifat mərhələsinə yazdırıb.

Almeyda da bu görüşün iştirakçısı olub. Qriqorçuk millimizin braziliyalı futbolçusunu 81-ci dəqiqədə meydana buraxıb. Bununla da Riçard Qazaxıstan klubunda debüt edib.

Qeyd edək ki, “Astana” növbəti mərhələdə Danimarkanın “Mitdyulland” komandası ilə mübarizə aparacaq.









Redaktorun seçimi