“Qarabağ”ın “Kukesi” ilə oyunlarının vaxtı açıqlandı

Hit: 282
“Qarabağ”ın “Kukesi” ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Kukesi” ilə keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Faktor.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk görüş Albaniyada olacaq.

Qarşılaşma iyulun 25-də Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda baş tutacaq.

Azərbaycan çempionu albanlara qarşı cavab matçını avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə 21:00-da start götürəcək.









Redaktorun seçimi