“Qarabağ”ın “Kukesi”dən sonrakı 11 mümkün rəqibi

Hit: 461
“Qarabağ”ın “Kukesi”dən sonrakı 11 mümkün rəqibi

İyulun 23-də UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

Faktor.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirə qatılacaq 22 komanda müəyyənləşib.

Bu klublardan ikisi tək, digərləri 10 cüt kimi püşkatmada iştirak edəcək. II təsnifat mərhələsi başlamamışdan baş tutacaq püşkatmaya həmin raundun cütləri qatılacaq.


Azərbaycan çempionu “Qarabağ”ın Albaniya “Kukesi”si ilə təşkil etdiyi cüt də mümkün rəqibini tanıyacaq. Bu cüt səpələnmişlər səbətində yer alacaq. “Qarabağ” və “Kukesi”yə 5 cüt və bir komanda, ümumilikdə 11 klub rəqib ola bilər.

Qeyd edək ki, “Qarabağ”ın “Kukesi” ilə ilk oyunu iyulun 24-25-də, cavab qarşılaşması iyulun 31-də və ya avqustun 1-də baş tutacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

Səpələnmişlər

“Zalsburq” (Avstriya)

“Lüdoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi

“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi

“Legiya” (Polşa) – “Spartak” (Slovakiya) cütünün qalibi

“Astana” (Qazaxıstan) – “Midtulland” (Danimarka) cütünün qalibi

“Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) cütünün qalibi

Səpələnməmişlər

BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi

“Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi

“Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya) cütünün qalibi

“Malmö” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi

AEK (Yunanıstan)









Redaktorun seçimi