Azarkeşləri “Sevilya”nın oyununu boykot edir

Hit: 464
Azarkeşləri “Sevilya”nın oyununu boykot edir

İspaniya Superkubokunun formatının dəyişdirilməsi “Sevilya” azarkeşlərinin narazılığına səbəb olub.

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, əndəlüs təmsilçisinin fanatları Superkubokun ölkə xaricində təşkilindən və 1 oyundan ibarət olmasından narahatdılar.

Onlar “Sevilya” ilə “Barselona” arasında avqustun 12-də Mərakeşin Tanjer şəhərində baş tutacaq matçı boykot etməyi planlaşdırırlar. Fanatlar hesab edir ki, federasiyanın bu qərarı klublardan birinə maddi cəhətdən kömək olacaq. Həmçinin onlar format dəyişikliyi ilə bağlı qərarın gec açıqlandığını da vurğulayıblar.

Qeyd edək ki, “Sevilya” Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”yə rəqib ola bilər. Azərbaycan klubu “Uypeşt” səddini keçsə, növbəti mərhələdə İspaniya nəhəngi ilə üz-üzə gələcək.









Redaktorun seçimi