“Qarabağ” heç-heçəylə növbəti mərhələdə - YENİLƏNİB

Hit: 1044
“Qarabağ” heç-heçəylə növbəti mərhələdə - YENİLƏNİB

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununu keçirib.

Faktor.az xəbər verir ki, Azərbaycan çempionu öz meydanında “Olimpiya” ilə qarşılaşıb.

Sloveniyada keçirilən ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda bu üstünlüklə çıxıb. Matçın ilk dəqiqələrində qonaqlar daha fəal olsa da, “Qarabağ” üstünlüyü ələ almağı bacarıb.

Ağdam təmsilçisi daha çox hücum etdiyi qarşılaşmada qapılara qol vurulmayıb. Beləliklə, ilk oyunda qazanılan minimal hesablı qələbə “Qarabağ”ı II təsnifat mərhələsinə daşıyıb.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi (cavab oyunu)

18 iyul 2018

“Qarabağ” (Ağdam, Azərbaycan) – “Olimpiya” (Lyublyana, Sloveniya) - 0:0

Baş hakim: Erez Papir

Yan xətt hakimləri: David Elias Bitton, Eliyahu Casapu

Ehtiyat hakim: David Fuxman (hamısı İsrail)

UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)

İlk oyun: 1:0









Redaktorun seçimi