“Real” yeni transferini təqdim etdi - FOTO

Hit: 459
“Real” yeni transferini təqdim etdi - FOTO

İspaniyanın “Real” klubunun "Real Sosyedad”ın futbolçusu Alvaro Odriosolanı transfer etdiyini xəbər vermişdik.

Faktor.az xəbər verir ki, "kral klubu" Odriosolanın transferini rəsmən açıqlayıb. 22 yaşlı müdafiəçi ilə 6 illik müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Yerli mətbuatın yazdığına görə, Madrid klubu bu transferə görə “Real Sosyedad”a 40 milyon avro təzminat ödəyib.

“Real Sosyedad”ın yetirməsi olan Odriosola ötən mövsüm bu komandanın heyətində 41 oyuna çıxıb.









Redaktorun seçimi