Millimizin son iki ev oyununun stadionu dəqiqləşdi

Hit: 322
Millimizin son iki ev oyununun stadionu dəqiqləşdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2019-un seçmə mərhələsində keçirəcəyi son iki ev oyununun yeri dəqiqləşib.

Faktor.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri doğma azarkeşlər önündəki sonuncu iki görüşünü “Dalğa Arena”da keçirəcək.

Yığmamız sentyabrın 6-da İsrail, 11-də Norveçi bu stadionda qəbul edəcək.

Komandamız seçmə mərhələnin əvvəlki üç qarşılaşmasını da bu arenada keçirib. İrlandiyaya 1:3, Almaniyaya 0:7 hesabı ilə uduzan komandamız Kosovo ilə qolsuz heç-heçə edib.

Qeyd edək ki, 5-ci qrupda son matçını oktyabrın 16-da Norveçdə keçirəcək yığmamız 7 oyundan sonra 1 xalla sonuncu pillədə qərarlaşıb.









Redaktorun seçimi