Azərbaycan çempionu yarışa qadın kimonosu ilə çıxıb - VİDEO

Hit: 426
Azərbaycan çempionu yarışa qadın kimonosu ilə çıxıb - VİDEO

Cüdo üzrə ölkə birinciliyinin 55 kq çəki dərəcəsində keçirilmiş finalında maraqlı hadisə baş verib.

Faktor.az Oxu.Az-a istinadən xəbər verir ki, “Neftçi” İdman Klubunun üzvü Balabəy Ağayev“Qəbələ” idmançısı Rövşən Əliyevlə matça qadın cüdoçu kimonosu ilə çıxıb.

Belə ki, o, tatamidə arxasına “K.Hüseynova” yazılmış forma ilə mübarizə aparıb. Ağayev bunun üçün həmin sözlərin üstünü örtən lent yapışdırıb. Lakin onun etdiyi fəndlərin birində lentin bir hissəsi açılıb.

Buna görə hakim həmin lenti açaraq cibinə qoyub. Nəticədə Balabəy döyüşün qalan hissəsində qadın adı yazılmış formada mübarizə aparmalı olub. Sonda o, rəqibinə qalib gələrək ölkə çempionu olub.

Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasının baş katibinin müaviniElnur Əşrəfoğlu ilə danışdıq:

“Açığı, bu yarış fevralın sonlarında baş tutub. Sadəcə, “CBC Sport” kanalında təkrar yayımlanıb. İdmançının niyə belə etdiyini bilmirəm. Daxili yarışlarda adın yazılması məcburi deyil. Yəni, o, adsız kimono ilə də çıxa bilərdi.

Bizdə paltardəyişmə otağında iyirmiyə yaxın forma olur. O, bu formanı niyə geyinib, deyə bilmərəm. Hazırda bu idmançı millimizin Çexiyada keçirilən Avropa Kuboku yarışında mübarizə apardığına görə ölkədə deyil. Bakıya qayıtdıqdan sonra bu məsələni özü ilə aydınlaşdıracağıq”.









Redaktorun seçimi