"Neftçi" azarkeşlərinə MÜRACİƏT ETDİ

Hit: 243
"Neftçi" azarkeşlərinə MÜRACİƏT ETDİ

"Neftçi" azarkeşlərinə müraciət edib.

Faktor.az xəbər verir ki, müraciətdə qeyd olunur: "Neftçi” PFK Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Susa” stadionunda "Uypeşt” klubu ilə qarşılaşacaq.

Bu oyunda komandamızı dəstəkləməyə gələcək azarkeşlərimizin təhlükəsizliyinin təmin olunması üçün klubumuz tərəfindən ev sahibi "Uypeşt” klubuna, UEFA-ya və müvafiq qurumlara müraciət edilib. Lakin indiyə kimi heç bir qurumdan zəmanət məktubu almamışıq. "Neftçi” üçün azarkeşlərimizin təhlükəsizliyi çox önəmlidir. Bu səbəbdən indiki vəziyyətdə sizləri maksimum ehtiyatlı olmağa səsləyirik".

Qeyd olunur ki, müvafiq strukturlardan cavab məktubu gəldikdə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda "Neftçi" "Uypeşt"i 3:1 hesablı məğlubiyyətə uğratmışdı.









Redaktorun seçimi