Millimizin hücumçusu komandasına qələbə qazandırdı

Hit: 438
Millimizin hücumçusu komandasına qələbə qazandırdı

Yay hazırlıq proseslərini davam etdirən klublar yoldaşlıq oyunlarında qüvvələrini sınayırlar.

Faktor.az xəbər verir ki, milli komandamızın hücumçusu Ramil Şeydayevin yenidən heyətinə qayıtdığı “Trabzonspor” da növbəti sınaq matçına çıxıb.

Qara dəniz təmsilçisi Xorvatiya klubu “Lokomotiv”lə qarşılaşıb. Qarşılaşma “Trabzonspor”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Ramil 67-ci dəqiqədə hesab 0:0 olarkən Yusuf Yazıcının yerinə oyuna daxil olub.

O, 75-ci dəqiqə matçın yeganə qoluna imza ataraq komandasına qələbə qazandırıb.

Qeyd edək ki, U-17 milli komandamızda çıxış etmiş Murat Cem Akpınar da bu görüşün iştirakçısı olub. O, görüşə start heyətində başlayıb və 53-cü dəqiqədə Cafer Tosunla əvəzlənib.









Redaktorun seçimi