İngiltərə klubundan Muslera üçün 10 milyon avro təklif

Hit: 549
İngiltərə klubundan Muslera üçün 10 milyon avro təklif

İngiltərənin Premyer Liqa klubu “Qalatasaray”ın qapıçısını transfer etmək istəyir.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan İngiltərə klubu “cim-bom”un uruqvaylı qolkiperi Fernando Muslera üçün rəsmi təklif göndərib. Maddi cəhətdən problemləri olan “Qalatasaray” oyunçunu satmağa isti yanaşır. Musleranın da İngiltərəyə getmək istədiyi bildirilir. Futbolçu üçün 10 milyon avro təklif edilib. Lakin “sarı-qırmızılar” qolkiper üçün 13 milyon avro tələb edir.

Uruqvay millisinin də formasını geyinən 32 yaşlı qapıçı, DÇ-2018-in 1/4 final mərhələsində Fransaya qarşı keçirdikləri oyunda etdiyi səhvlərlə yadda qalmışdı.

“Qalatasaray” Musleranın ayrılacağı təqdirdə, “çərçivə”yə “Bursaspor”dan Harun Təkini transfer edəcək.

Muslera 2011-ci ildən “Qalatasaray”ın şərəfini qoruyur.









Redaktorun seçimi