Beyl “Real”la bağlı qərarını verdi

Hit: 400
Beyl “Real”la bağlı qərarını verdi

“Real”ın yarımmüdafiəçisi Qaret Beyl komandada qalmaq qərarına gəlib.

Faktor.az “Telegraph”a istinadən xəbər verir ki, onunla yeni baş məşqçi Xulen Lopetegi arasında görüş baş tutub.

Görüş zamanı ispan mütəxəssis Kriştianu Ronaldonun ayrılmasının ardından Beylin komandanın əsas “silahlar”ından biri olacağını deyib. Daha öncə uelsli oyunçu oyun praktikası cəhətdən əziyyət çəkdiyi üçün “Real”ı tərk etmək niyyətində idi. Lopeteginin fikirləri ilə tanış olduqdan sonra isə Beyl fikrindən daşınıb.

“Mançester Yunayted” 29 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanırdı.









Redaktorun seçimi