Millinin sabiq qapıçısı: “Cəmi 6 ay ömrüm qalıb”

Hit: 435
Millinin sabiq qapıçısı: “Cəmi 6 ay ömrüm qalıb”
Sabiq qapıçı Andrey Morev "feysbuk”da hamını kədərləndirən status yazıb.
 
Faktor.az xəbər verir ki, Qazaxıst millisinin sabiq qapıçısı ağır xərçəng xəstəliyinə düçar olduğunu bildirib.
 
"Cəmi 6 ay ömrüm qalıb. Heç ölmək istəməzdim, amma əlacsızam. Ağ ciyər xərçəngi məni ölümə sürükləyir.
Yəqin ki, məni xatırlayanlar var. "Aktöbe” mənim ən sevimli klubumdu”.
 
Xatırladaq ki, 44 yaşlı Morev ikiqat Qazaxıstan çempionudu. Millinin heyətində Türkiyə və Albaniyaya qarşı oyunlarda qapını qoruyub.








Redaktorun seçimi