Useyn Bolt Avstraliya klubunda yoxlanışda

Hit: 433
Useyn Bolt Avstraliya klubunda yoxlanışda

Yamaykalı atlet, 8 qat Olimpiya çempionu Useyn Bolt futbolçu karyerasına Avstraliya çempionatında başlaya bilər.

Faktor.az “Daily Telegraph”a istinadən xəbər verir ki, o, Avstraliyanın birinci dəstəsində çıxış edən “Sentral Kost Mariners”də 6 həftə davam edəcək yoxlanışdan keçəcək.

31 yaşlı idmançı özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, onunla 1 illik müqavilə imzalanacaq.

Bolt daha öncə Dortmund “Borussiya”sı və “Stremsqodset” ilə məşqlərə çıxmışdı. O, hətta Norveç klubunun heyətində bir yoldaşlıq matçında iştirak edib.









Redaktorun seçimi